"Ən çox atamı istəyirəm" deyən qızına Gülaydan CAVAB - VİDEO

17 Noyabr 2021 15:58

Müğənni Gülay Zeynallı qızı Sahilə ilə birlikdə "Səhər mərkəzi" verilişində qonaq olublar.

Milli.Az BiG.AZ-a istinadən xəbər verir ki, veriliş zamanı Sahiləyə ünvanlanan suallara cavabı tamaşaçılarda gülüşə səbəb olub. Belə ki, aparıcı Sahiləyə 'ən çox atanı istəyirsən ya ananı?" sualını ünvanlayıb. O isə cavabında "atamı" deyib:

"Ata, mən səni dünyalar qədər çox sevirəm".

Sahilənin cavabına isə Gülayın reaksiyası maraqlı olub:

"Onun belə deməsinə bəzən pis oluram, amma sonra deyirəm ki, yaxşı edirsən istəməli atadır, istə".

Milli.Az