Bir müddətdir ekranlardan uzaq qalan aktyor Cihan Ünalın son halı təəccübləndirib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən gecə Akmerkezdə görüntülənib. Üç ildən sonra İstanbula qayıdan Cihan yeni işləri ilə bağlı açıqlama verib:
"Yeni layihəm var. İşlər başlayıb, inşallah, tezliklə görüşərik".
Qeyd edək ki, bağırsağında şiş aşkarlanan Cihan Kiprdə müalicə alırdı. O, aktrisa Türkan Şorayın keçmiş həyat yoldaşıdır.
Milli.Az