Burak Özçivit 4 il müddətinə həbs oluna bilər

17 Noyabr 2021 10:22

"Kuruluş Osman" serialının çəkilişi ərəfəsində aktyor Burak Özçivit işçi heyətini təhqir etdiyinə görə barəsində cinayət işi açılıb. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Beykoz Rivada 2020-ci il 8 dekabr tarixində çəkiliş sırasında aktyorun işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatıb.

İddianaməyə əsasən Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər. Məhkəmənin yaxın günlərdə başlayacağı bildirilib.

Milli.Az