Dəmir yolu vağzalında dələduzluq
4 May 2010 15:10
Nəsimi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, vağzal ərazisində yerləşən kafelərdən birində naməlum şəxs Kəlbəcər rayon sakini 17 yaşlı İbrahim Məmmədovun etimadını qazanaraq, zəng etmək adı ilə mobil telefonunu ondan alıb. Mobil telefonu həmin şəxsə verən İ.Məmmədov az sonra həmin şəxsin yoxa çıxdığını görüb. Bundan sonra o, polisə məlumat verib.
Aparılan axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Zaqatala rayon sakini 22 yaşlı Sərxan Mustafayev tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az