Əfqanıstanda 130 qadını satan kişi saxlanıldı

17 Noyabr 2021 10:16

Əfqanıstanın "Taliban" hökumətinə tabe olan təhlükəsizlik qüvvələri insan ticarətində şübhəli bilinən ölkə vətəndaşını saxlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, onun təxminən 130 qadını satdığı bildirilib.

Məlumata görə, cinayətkar xeyli müddətdir ki, axtarışda olub.

Adı açıqlanmayan şəxs qadınları onlara həyat yoldaşı tapacağı ilə aldadaraq qonşu əyalətlərə aparıb və satıb.

Milli.Az