ABŞ Pekin Olimpiadasını boykot etməyə hazırlaşır

17 Noyabr 2021 13:46

ABŞ Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına qarşı diplomatik boykot elan etməyə hazırlaşır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə ölkə mətbuatı çıxış edib.

Məlumata görə, prezident Co Bayden müvafiq orqanlardan bununla bağlı tövsiyyə alıb və hazırda qərar üzərində texniki iş gedir.

Qeyd edək ki, iddiaların doğrulacağı təqdirdə ABŞ rəsmilərinin Çin paytaxtındakı Olimpiya tədbirlərində iştirakı mümkünsüz olacaq.

Milli.Az