19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.
Milli.Az apasport.az-a istinadən bildirir ki, oyunları Lüksemburqda keçirilən VIII qrupda çıxış edən Elxan Abdullayevin yetirmələri son turda meydan sahibləri ilə görüşüb.
Elit-raund şansı qalmayan rəqiblərin ikisi üçün də qarşılaşma formal xarakter daşıyıb. İlk iki görüşdə xala həsrət qalan millimiz Lüksemburqla matçda qələbə sevinci yaşayıb.
Elit-raunda ilk pillə sahibləri və yalnız ən yaxşı qrup üçüncüsü çıxdığından yığmamız turnirlə vidalaşıb. Növbəti mərhələyə yüksələn Belçika və İspaniya arasında son turun birinci yer uğrunda matçında heç-heçə qeydə alınıb - 2:2
Qeyd edək ki, millimiz bunadək Belçikaya 1:5, İspaniyaya 0:6 hesabı ilə uduzub.
19 yaşadək futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsi
B qrupu, III tur
16 noyabr
21:00. Lüksemburq - Azərbaycan - 0:2
Qollar: Mirmövsüm Canıyev, 23, Mehrac Baxşalı, 77
1 |
Belçika |
3 |
2 |
1 |
0 |
12-4 |
7 |
2 |
İspaniya |
3 |
2 |
1 |
0 |
10-3 |
7 |
3 |
Azərbaycan |
3 |
1 |
0 |
2 |
3-11 |
3 |
4 |
Lüksemburq |
3 |
0 |
0 |
3 |
2-9 |
0 |
Milli.Az