Qazaxda ahıl qadını avtomobil vurub

16 Noyabr 2021 23:21

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qazax şəhərində qeydə alınıb. Qazax rayon sakini, 1948-ci il təvəllüdlü Şəfiqə Qocayevanı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az