Türkiyədə bu gün koronavirusdan 227 nəfər öldü - FOTO

16 Noyabr 2021 23:11

Türkiyədə son sutkada COVID-19-dan 227 nəfər ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, son sutkada 356 514 nəfər test edilib, onların 25 101-nin nəticəsi pozitiv çıxıb.

Son 24 saatda COVID-19-dan 27 447 nəfər sağalıb.

Milli.Az