Burak Özçivit həbs oluna bilər - Səbəb

16 Noyabr 2021 17:54

"Kuruluş Osman" serialının çəkilişi ərəfəsində aktyor Burak Özçivit işçi heyətini təhqir etdiyinə görə barəsində cinayət işi açılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Beykoz Rivada 2020-ci il 8 dekabr tarixində çəkiliş sırasında aktyorun işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatıb.

İddianaməyə əsasən Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər. Məhkəmənin yaxın günlərdə başlayacağı bildirilib.

Milli.Az