Güclü külək Bakıda yük avtomobilini aşırıb

16 Noyabr 2021 14:08

Bakıda güclü külək yük avtomobilini aşırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "QAZel" markalı yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az