Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA

16 Noyabr 2021 13:55

Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Operativ Qərargaha heç bir müraciət edilməyib.

Milli.Az bildirir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, hələ ki belə bir şey nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır.

"Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür", - deyə T.Musayev bildirib.

Milli.Az