Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dolları ötüb

16 Noyabr 2021 18:42

Avropada qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dollarını ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 983 ABŞ dolları ilə başlayıb.

Ümumilikdə gün ərzində Avropada qazın qiyməti 4%-dən çox artıb.

Qiymət artımına səbəb Norveçdən Avropada qaz tədarükünün azalması ola bilər. Belə ki, gün ərzində tədarük həcmləri gündəlik 345,7 milyon kubmetrdən 310,9 milyon kubmetrə düşüb.

Milli.Az