Vilayət Eyvazov AzTV-nin şöbə rəisini işdən çıxardı

16 Noyabr 2021 13:12

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Mühafizə şöbəsinin rəisi işdən çıxarılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Xəqani Cəfərov vəzifəsindən azad olunub.

Şöbə rəisi sərəncama götürülüb.

Milli.Az