Türkiyənin Kütahya bölgəsində maraqlı hadisə baş verib.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin illərdir müqəddəs məkan olaraq qəbul etdikləri türbədə qazıntı işləri aparılıb. "Yarın dede" adlandırılan türbədə aparılan qazıntıların nəticəsi hamını heyrətə gətirib. Sən demə, sakinlərin illərdir dua etdikləri qəbirdə heç bir şeyə rast gəlinməyib.
Məlumata görə, türbə qazılanda sakinlər ərazinin müqəddəs məkan olduğunu irəli sürərək, əvvəlcə qarşı çıxıblar. Lakin qazıntı zamanı türbənin boş olması onları da heyrətləndirib.
Milli.Az