Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin uzunluğu 1007 km-dir.
Müəyyənləşdirilən bu zona və Sovet dövrünə aiddir. Uzun illik işğal faktından sonra öz ərazi bütövlüyünu təmin edən Azərbaycan post-müharibə dövründə Ermənistanla sərhədləri yenidən müəyyənləşdirir.
Lakin təəssüf ki, sərhədlərin demarkasiyası və delimitasiyasına Ermənistan tərəfi qeyri-konstruktiv yanaşır. Və nəticədə ləngimələr yaranır.
Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Azərbaycan tərəfi sərhədlərin delimitisaya və demarkasiyasında qərarlı olduğu üçün Ermənistana bunun ikitərəfli razılaşmalar əsasında həyata keçirilməsini təklif edir. Rəsmi İrəvan isə irə-sapa yatmır, təkliflə heç cür razlşamır. Azərbaycan-Ermənistan arasında vasitəçi rolunu oynayan Rusiya isə sərhədlərin 1920-ci il xərətəsinə əsasən müəyyəmləşməsini təkilf edir.
Görünən odur ki, pos-müharibə dğvründə Ermənistanın təxribatlarının da səbəbi məhz bununla bağlıdır. Yenidən torpaq itirmək qorxusu ilə yaşayan Ermənistanın əslində reaalıqla barışmaqda başqa çarəsi yoxdur. Çünki gec-tez Azərbaycan suveren hüququ olan delimitasiya-demarkasiya işlərini həyata keçirməlidir.
Milli.Az