İki saatlıq müsahibəyə görə 100 milyon dollar qonorar alan müğənni - FOTO

16 Noyabr 2021 14:28

Britaniyalı müğənni Adel Amerikanın CBS telekanalının aparıcısı Opra Uinfriyə verdiyi iki saatlıq müsahibə üçün 100 milyon dollar qonorar alacaq.

Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, CBS prodüserlərinin xüsusi buraxılış üçün ödəməyə razılaşdıqları məbləğ maksimum 7 milyon dollardır. Veriliş zamanı müğənninin yeni hitləri nümayiş olunub. Adel şəxsi təcrübələrindən, artıq çəki ilə mübarizəsindən danışıb və şounun əsas bəzəyi yeni mahnılar olub. Müsahibə artıq yayımlanıb.

Anar Əli
Milli.Az