II Yekaterinanın vaksinasiyayla bağlı məktubu hərraca çıxarılacaq

16 Noyabr 2021 10:58

Londondakı hərrac evində imperatriça II Yekaterinanın təbii çiçək virusuna qarşı peyvənd olunmağın zəruriliyi haqda Peter Rumyantçevə yazdığı məktub satışa çıxarılacaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, məktub Dmitri Levitskinin imperatriçanın çəkdiyi portreti ilə birlikdə təqdim olunacaq.

Dekabrın 1-də Londonda keçiriləcək hərracda məktub və portretin 1,2 milyon funt sterlinqə (təxminən 2 milyon 739 min manat) satılacağı gözlənilir.

Milli.Az