Messinin Braziliyaya qarşı oynayacağı dəqiqləşdi

16 Noyabr 2021 08:34

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Messinin Braziliyaya qarşı oyunda iştirakı məsələsinə aydınlıq gətirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, o, PSJ futbolçusunun sambaçılarla qarşılaşmada meydanda olacağını açıqlayıb.

Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin iki oyununu buraxıb.

Yığmanın Uruqvayla son matçında isə o, yalnız 76-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Braziliya-Argentina matçı noyabrın 17-də keçiriləcək.

Milli.Az