Fransa məktəblərində maska məcburiyyəti bərpa edilib

16 Noyabr 2021 09:00

Fransanın bütün ərazisində məktəblərdə maskadan istifadə tələbi yenidən qüvvəyə minib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, orta məktəblərdə şagirdlər, müəllim heyəti və texniki işçilər üçün maskadan istifadə mütləqdir.

Hökumət mənbələri bildirir ki, bütün departamentlərdə 2-ci səviyyəli sanitar protokol rejimi tətbiq edilir. Bu zonalarda məktəblərdə maskadan istifadə tələb edilir.

Qeyd edək ki, sentyabrın sonunda yoluxma az olan ərazilərdə yerləşən məktəblərdə maskadan istifadə tələbi ləğv edilmişdi.

Milli.Az