Əlverişsiz havaya görə 500-dən çox insanı əqrəb sancıb

16 Noyabr 2021 08:48

Misirin Asuan əyalətində külək və leysan ciddi dağıntılara səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, regionda 503 nəfər əqrəb sancması şikayəti ilə xəstəxanalara müraciət edib.

Yuvalarına su dolmuş əqrəblər yaxınlıqdakı evlərə hücum edib. Əyalət qubernatoru bildirib ki, əqrəb sancmasından azı 4 nəfər dünyasını dəyişib. Ərazidə məktəblər bağlanıb. Xəstəxanalar gücləndirilmiş rejimdə çalışır.

Milli.Az