Kişi olduğu deyilən qapıçıdan - Açıqlama

16 Noyabr 2021 08:53

Kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudai açıqlama verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, penaltilərdə yaxşı oyunu ilə seçilən iranlı qapıçı İordaniya Futbol Federasiyasını məhkəməyə verəcəyini deyib.

"Mən qadınam, bu edilənlər zorakılıqdır", - deyə iranlı idmançı bildirib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran - İordaniya görüşündə komandasına qələbə qazandırıb.

Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.

Milli.Az