Bu ölkədə hamilələrə də vaksin vurulmasına başlanıldı

16 Noyabr 2021 08:33

Qazaxıstanda 12 yaşdan böyük uşaqlar və hamilələrə "BioNTech" vaksininin vurulmasına başlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, keçən həftə ilk partiyası tədarük edilən vaksinlə ölkdə hələlik 12 yaşdan böyük uşaqlar, hamilələr və uşağa süd verən analar vaksinlənəcək.

Bunun üçün Nur-Sultanda məktəblərdə və tibb mərkəzlərində vaksinasiya yerləri təşkil olunub.

Milli.Az