“Ya Allahım, şükür bu gözəl hədiyyə üçün...”

15 Noyabr 2021 20:48

"Ya Allahım, şükür bu gözəl hədiyyə üçün...".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri ötən günlərdə oğul atası olan müğənni Elnur Məmmədov sosial media hesabında yazıb.

Sənətçi onu təbrik edənlərə bu sözlərlə cavab verib:

"Allahın ən gözəl hədiyyəsi, əzizlərim, çox sağ olun, sonsuz təşəkkürümü bildirirəm. Ayın -dən bu günə kimi hər kəs təbrik edir,  Allah hamınızdan razı olsun, bütün arzusunda olanlara nəsib etsin".

Qeyd edək ki, E.Məmmədov 2011-ci ildə dayısı qızı ilə ailə qurub. O, 10 il sonra ata olmaq arzusuna çatıb.

Milli.Az