Rusiyada tacikləri diri-diri yandırdılar - Qıza görə - VİDEO

15 Noyabr 2021 18:54

Rusiyanın İrkustk vilayətində dəhşətli cinayət baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, vilayətin Zalari qəsəbəsində 2 miqrant diri-diri yandırılıb. Məlumata görə, miqrantlar qəsəbə sakini olan gənc qıza sataşıblar. Bundan sonra gərginlik yaranıb. İyirmi nəfər qəsəbə sakini miqrantların işlədiyi tikintiyə gələrək onların yatdığı vaqonu yandırıblar.

Nəticədə iki miqrant diri-diri yanıb, 5 nəfər isə yaralanıb.

Qeyd edək ki, öldürülən miqrantlar Tacikistan vətəndaşı olublar.

Milli.Az