Paşinyan müdafiə nazirini dəyişdi

15 Noyabr 2021 12:52

Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib.

Milli.Az bildirir ki, Suren Papikyan müdafiə naziri təyin olunub.

N.Paşinyanın müavini olan S.Papikyan ərazi idarəetmə və infrastruktur nazirinin səlahiyyətlərini icra edəndə Ermənistandakı çaylarda suyun səviyyəsi 80 faiz azalmışdı.

Milli.Az