Biləsuvar gömrük postunda 218 kiloqram heroin aşkarlanıb

15 Noyabr 2021 19:06

Gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Milli.Az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində məlumat verib.

Komitə sədri qeyd edib ki, əməliyyatçıların peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə -heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az