Azərbaycanlılar Uzaq şərqdə də rahat durmadı: Polis onları axtarır... - VİDEO

15 Noyabr 2021 18:30

Rusiyanın Vladivostok şəhər polisi toy karvanında havaya atəş açan azərbaycanlıları axtarır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəhərin küçəsində gəlin aparan toy karvanının iştirakçıları yolu kəsərək digər maşınların hərəkətinə mane olublar. Bu azmış kimi, avtomobillərdən havaya atəş açıblar.

Sosial şəbəkələrdə yayılan bu video insanların qəzəbinə səbəb olub.

Milli.Az