Oksana və Şəhriyar evliliklərini niyə gizlədib?

16 Noyabr 2021 01:33

Aktyor-aparıcı Şəhriyar Əbilovla aktrisa Oksana Rəsulovanın illərdir evil olduqlarını gizlətməsi müzakirə yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, aparıcılar efirdə bu barədə danışır, şou əhli sosial şəbəkələrdə bu məqamdan yazırlar, fikir bildirirlər.

Ş. Əbilov isə instaqramda sual-cavab edərkən sözüegedən mövzuya toxunub.  O, izləyicisinin "Niyə gizlətmisiz",- sualına  "Hər şeyin zamanı var. Vaxtı, zamanı tərtib edən isə Allahdır"- cavabını verib.

Milli.Az