Gimnastımız İspaniyadan gümüşlə qayıdır - FOTO

15 Noyabr 2021 09:36

Bədii gimnastika üzrə yığma komandamızın perspektivli gimnastlarından biri olan Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, 13 noyabr tarixində baş tutmuş beynəlxalq yarışda gimnastımız bir çox titullu idmançıları üstələyərək, fəxri kürsünün 2-ci pilləsinə gürzlərlə çıxışına görə yüksəlib.

Arzu çoxnövçülük yarışlarında isə 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.

Milli.Az