Türkiyədə avtomobil qəzasının görüntüləri izləyiciləri heyrətləndirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Antalyada baş vermiş hadisədə yol kənarında oturan Muhittin Çavuşoğlu ölümlə üzləşib.
İki avtomobilin toqquşmasından sonra onlardan biri zərbənin gücü ilə şəhər sakininə tərəf istiqamətlənib. O, yalnız möcüzə nəticəsində qəzadan xəsarətsiz qurtula bilib.
Milli.Az