COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

14 Noyabr 2021 18:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 18 861 nəfərdir.

Milli.Az