Türkiyəli aktyor Erkan Canın başına iş gəlib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, gəzinti zamanı görüntülənən aktyor qulağında eşitmə cihazı olmasının səbəbini açıqlayıb:
"Teatrda oynayarkən aktrisa şillə vurdu, qulaq zərim yırtıldı. Günah məndədir, 1 il həkimə getmədim. Həmin gündən bu cihazı taxıram".
Qeyd edək ki, Erkan Can hazırda "Saygı" serialında rol alır.
Milli.Az