Axtarışda olan Qazax sakini saxlanılıb

14 Noyabr 2021 18:22

Penitensiar Xidmətin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olan Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılaraq istintaq orqanına təhvil verilib.

Bu barədə Milli.Az-a Penitensiar Xidmətdən məlumat verilib.

Milli.Az