DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla matç Fransa millisinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu sözügedən görüşdə 4 qol vurub. Bununla da Mbappe millinin son 63 ildə poker edən yeganə oyunçusu olub.
Qeyd edək ki, Fransa ötən gecə Qazaxıstana 8:0 hesabı ilə qalib gəlib.
Milli.Az