Gürcüstanda son sutkada COVID-19-dan 81 nəfər ölüb

14 Noyabr 2021 15:07

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 700 yoluxma halı qeydə alınıb, 81 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 784 091, ölənlərin sayı isə 10 975 nəfərə çatıb. Virusa yoluxanlardan 716 381 nəfərin sağaldığı bildirilir.

Milli.Az