Seda Sayanın ev qiymətinə olan saatı - FOTOlar

14 Noyabr 2021 13:07

Müğənni Seda Sayan ötən axşam Cihangirdə oğlu Oğulcan Enginlə birlikdə görüntülənib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə ifaçının qolundakı saat diqqət çəkib.

Dünyaca məşhur "Rolex" brendinə məxsus saatın qiymətinin 2 milyon 225 min lirə (təxminən 378min 513 manat) olduğu məlum olub.

Seda oğlunun Miray Danerlə yaşadığı münasibətlə bağlı sualla "Oğulcanın bu məsələyə dair qadağası davam edir" - deyə, cavab verib.

Milli.Az