İordaniyada güclü qum fırtınası avtomobil yollarında qəzalara səbəb olub - VİDEO

14 Noyabr 2021 10:48

İordaniyanın paytaxtı Əmman şəhərində güclü qum fırtınası baş verib, nəticədə paytaxtın avtomobil yollarında zəncirvari yol qəzaları baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəzalar nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsaətləri alıb.

Qum fırtınası ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Xüsusi ehtiyac olmadığı təqdirdə şəxsi nəqliyyat vasitələrinin istifadəsi tövsiyə edilmir.

Milli.Az