Ekvador həbsxanasında toqquşmalarda ən azı 52 nəfər ölüb

13 Noyabr 2021 20:08

Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada baş vermiş toqquşmalarda ən azı 52 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam həbsxanada qiyam başlayıb. Polis hələlik cəzaçəkmə müəssisəsində asayişin bərpa olunması barədə məlumat yaymayıb.

Xatırladaq ki, sentyabrın 28-də yuxarıda adıçəkilən həbsxanada müxtəlif dəstələrin nümayəndələri arasında toqquşmalar baş verib. Rəsmi məlumata görə, həmin vaxt 119 nəfər məhkum ölüb.

Milli.Az