Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapıldı - YENİLƏNİB

13 Noyabr 2021 22:58

İtkin düşən Elcan Quliyev tapılıb.  Onun Bakı bulvarı ərazisindən tapıldığı qeyd olunur.

20:06

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda itkin düşən 13 yaşlı oğlanla məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

"Hazırda Elcan Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir", - qeyd olunub.

Milli.Az