Qubada 32 kəndin ərzaq təminatına vertolyotlar cəlb olundu

4 May 2010 13:59
Rayon mərkəzi ilə əlaqəsi kəsilən kəndlərdə ərzaq çatışmazlığı yaranması haqda məlumat verilib. Həmin kəndlərin ərzaqla təminatı üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən vertolyot ayrılıb. Artıq kəndlərə ərzaqla dolu ilk təyyarə reysi də həyata keçirilib. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov APA-ya deyib ki, 32 kəndi ərzaqla təmin etmək üçün gün ərzində 3 reys təşkil olunacaq: "İnsanlar əsasən un, qənd və çayla təmin ediləcək. Bu günün sonuna kimi Quba-Qonaqkənd yolunun bərpa olunması istiqamətində ciddi tədbirlər görülür".

FHN-in Şimal Regional Mərkəzinin rəisi Rüfət Qurbanov isə APA-ya açıqlamasında deyib ki, yol açılmazsa, kəndlərin ərzaq təminatının ödənməsi üçün lazımi qədər vertolyot reysi təşkil ediləcək.

/APA/