İranda avtobus aşdı - 29 nəfər yaralanıb

13 Noyabr 2021 16:30

İranda mədən işçilərini daşıyan avtobus aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası İsfahan əyalətində baş verib.

Molla Əhməd şəhəri istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb.

Qəza nəticəsində 29 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

Milli.Az