Gürcüstanda daha 78 nəfər COVID-19-dan ölüb

14 Noyabr 2021 00:45

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) infeksiyasına 4 565 yoluxma halı qeydə alınıb, 78 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 780 391, xəstəlikdən ölənlərin sayı isə 10 894 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 711 105 nəfərin sağaldığı bildirilir.

Milli.Az