Avstriyanın U-21 millisinin baş məşqçisi Verner Qreqorits Avropa çempionatının seçmə mərhələsində yığmamıza 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Bizim üçün çətin oyun oldu. Rəqib oyunda çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyuna diqtə edən tərəf biz olduq və nəticədə inamlı qələbə qazandıq".
Milli.Az