Dani Alveş “Barselona”ya qayıtdı

13 Noyabr 2021 10:42

38 yaşlı Dani Alveş "Barselona"ya qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun gələn həftədən məşqlərə qatılacağı bildirilib.

Futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, artıq yanvar ayından etibarən katalon klubunun heytində oyunlarda iştirak edə biləcək.

Qeyd edək ki, braziliyalının son komandası sentyabrda tərk etdiyi "San-Paulu" olub.

Milli.Az