Keçmiş SSRİ-nin səhiyyə naziri vəfat etdi

13 Noyabr 2021 10:54

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin fəxri direktoru Yevgeni Çazov 92 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik Çazovu nüfuzlu kardioloq və alim adlandırıb, onun milyonlarla insanın həyatını xilas etdiyini qeyd edib.

O, 1987-1990-cı illərdə keşmiş SSRİ-nin səhiyyə naziri vəzifəsində işləyib.

Milli.Az