Meksikada iki qadın cinayətkar qrup tərəfindən yandırılıb - FOTO

13 Noyabr 2021 08:42

Meksikada 2 qadın mütəşəkkil cinayətkar qrup tərəfindən öldürülüb.

Hadisə Quanaxuato əyalətinin Selaya şəhərində baş verib. Kartel üzvü olduğu iddia edilən bir qrup silahlı şəxs qara rəngli avtomobilin yük yerində 2 qadının qollarını bağlayıblar. Onlar sonra benzin tökərək maşını yandırıblar.

Ətrafdakı insanlar yanan avtomobili görərək yanğınsöndürmə xidmətinə müraciət ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər və avtomobildə 2 qadının yanmış meyitini aşkarlayıblar.

Qətldən sonra kartelə üzv olduqlarını iddia edən şübhəlilərin geniş miqyaslı axtarışlarına başlanılıb.

Milli.Az