Belçikada da quş qripi aşkarlandı

13 Noyabr 2021 08:33

Belçikada vəhşi qazda quş qripi aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, Anvers şəhərində qeydə alınıb.

Ölkənin federal qida qurumu məlumat yayaraq, ev quşlarının qapalı məkanlarda saxlanılması istəyib.

Çox sayda vəhşi quşda virus ola biləcəyi istisna edilməyib.

Milli.Az