Qəhvə Parkinson xəstəliyi riskini azaldır

20 Noyabr 2021 06:02

Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların qəbul edilməsi arasındakı əlaqəni ətraflı təhlil ediblər.

Bütün dünyada alimlər qəhvə içməyin faydası və ziyanı haqqında mübahisə etməyə davam edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sahədə növbəti irəliləyiş, Parkinson xəstəliyinin inkişafına, qəhvə və kofein tərkibli məhsulların tədqiqat sahəsinə daxil olan xəstələr tərəfindən qəbul edilməsinə toxunan bir çox digər müşahidələrin məlumatlarının meta-təhlilini aparan tədqiqatçılar tərəfindən edilib.

Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən sağlam insanlarda, sonrakı qiymətləndirmə zamanı bu xəstəliyin inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur.

Milli.Az