Optimist insanlar daha çox yaşayır

21 Noyabr 2021 22:15

İngiltərə tədqiqatçıları araşdırmalar nəticəsində aşkar ediblər ki, həyata pozitiv baxan insanlarda təkrar infarktın riski pessimist insanlarla müqayisədə daha azdır.

Alimlər xəstəxanaya "infarkt" və ya "stenokardiya" diaqnozu ilə daxil olan 369 insana nəzarət ediblər. 46 ay ərzində bu insanların səhhətində olan dəyişikliklər qiymətləndirilirdi. Məlum olub ki, həyatı "qara" rənglərdə görən insanlarda təkrar infarktın və ya stenokardiya tutmasının riski pozitiv insanlarla müqayisədə daha çoxdur.

Pessimist insanlarda sağlamlığın pisləşməsi 2 dəfə daha tez-tez müşahidə olunurdu.

DailyMail xəbər verir ki, mütəxəssislərin fikirinə görə, həyata olan pozitiv münasibət ürək xəstəliklərinin kəskinləşməsi riskini azaldır.

Araşdırmanın müəllifləri belə hesab edirlər ki, infarkt keçirmiş insanlar psixoterapiyadan keçməlidir ki, bu da onlarda həyata pozitiv baxışın saxlanmasına kömək edəcək.

Milli.Az